İlqar Quluzadə: “Girəsunspor”un baş məşqçisiylə maraqlanmağımız doğrudur”

İlqar Quluzadə: “Girəsunspor”un baş məşqçisiylə maraqlanmağımız doğrudur”
PREMYER LİQA 9 İyun 2009 / 18:39 4041
-  A +

“Girəsunspor”un baş məşqçisi Yüksəl Yeşilovanı “Neftçi”yə baş məşqçi qismində gətirmək istəməyimiz barədə yayılan məlumatlar yalnışdır. Bizim baş məşqçimiz Böyükağa Ağayevdir və növbəti mövsümdə də komandanın başında məhz o duracaq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Girəsunspor”un baş məşqçisi Yüksəl Yeşilovanın “Neftçi”dən dəvət alması barədə yayılan xəbərlərə münasibət bildirərkən, paytaxt klubunun vitse-prezidenti İlqar Quluzadə deyib. Klub rəsmisi Yeşilova ilə maralandıqlarını etiraf etsə də, bildirib ki, onlar əslən Rumıniyadan olan mütəxəssisi komandaya fiziki hazırlıq üzrə məşqçi kimi cəlb etmək istəyiblər: “Biz Yeşilova ilə həqiqətən də maraqlanmışıq. Amma biz onu baş məşqçi kimi deyil, komandaya fiziki hazırlıq üzrə məşqçi kimi dəvət etmək istəyirdik. Çünki o “Styaua”da fiziki məşqçi kimi çalışıb. Amma alınmadı. Onun niyə belə açıqlama verməsi mənə qaranlıq qalıb. Hazırda fiziki hazırlıq üzrə məşqçi axtarışlarımız davam edir. 2-3 namizəd var. Amma konkret kiminlə anlaşacağımız hələ məlum deyil. Baş məşqçimizin bu haqda fikirlərini gözləyirik”.


Son xəbərlər