Osman Tanburacı: “Dünyada tanınmaq üçün Azərbaycan beynəlxalq arenada daha çox uğura imza atmalıdır”

Osman Tanburacı: “Dünyada tanınmaq üçün Azərbaycan beynəlxalq arenada daha çox uğura imza atmalıdır”
MÜSAHİBƏ 30 May 2009 / 13:22 4240
-  A +

Türkiyənin məşhur yazarı Osman Tanburacı Qol.Az-a eksklüziv müsahibə verib.


- İlk olaraq, Azərbaycan futbolu haqda fikirlərinizi bildirərdiniz. Futbolumuz haqda hansı məlumatlara maliksiniz?
- Azərbaycan futbolu haqqında məlumatlı olmaq üçün Azərbaycanın beynəlxalq arenada uğura imza atması lazımdır. Yalnız bu halda dünya sizi tanıya bilər.
- Milli komandamızın baş məşqçisi məşhur almaniyalı mütəxəssis Berti Foqtsdur. Bu haqda məlumatınız varmı? Necə düşünürsünüz, sizcə Foqts Azərbaycan futbolunun səviyyəsini qaldırmaq iqtidarındadır?
- Berti Foqts almanların məşhur futbolçusu idi. Futbolçu kimi çıxış etdiyi zamanlar da öz işini yaxşı yerinə yetirirdi. Almaniya milli komandasının təməlini quran isimlərdən biridir. O müasir futbolun məhz müdafiədən başlanmasının nümunəsi idi. Çox çalışqan və 90 dəqiqə ərzində dayanmadan qabağa və arxaya “işləyən” futbolçuydu. Sonralar Almaniya milli komandasının da başında oldu. Azərbaycana çox köməyi dəyə bilər. Amma bunun üçün siz gərək onu dinləyəsiniz.
- Azərbaycanlı futbolçulardan tanıdıqlarınız var?
- Təbii ki var. Amma onların adlarını yalnız beynəlxalq oyunlarda eşitmişəm. Qurbanov, Sadıqov, Tağızadə… Bakıda bildiyim qədər çox klub var. Amma adlarını qarışdırıram.
- Həmin soyadını çəkdiyiniz Sadıqov və Ramal Hüseynov Türkiyə superliqasında - “Kocaelispor”da çıxış edirlər...
- “Kocaelispor” aşağı liqaya düşdü. Demək futbolçuları lazım olan qədər güclü deyillər.
- Sizcə Rəşadın “4 boyuk”lərdən birində forma geymək şansı var?
- Ola bilər...
- Məsəlçün “Qalatasaray” hazırda gürcü müdafiəçi ilə maraqlanır. Mən düşünürəm ki, Rəşad ondan heç de zəif futbolçu deyil.
- “Qalatasaray” Rəşad qardaşımızı tanıyır. Amma bu iş tək futbolçudan asılı deyil. Bir az da menecerlər çalışmalıdırlar.
- Bir başqa futbolçumuz İlqar Qurbanov “Boluspor”da forma geyir. Bir zamanlar “Sivasspor”da çıxış edirdi. Hətta “İnönü”də “Beşiktaş”a qol da vurmuşdu…
- Türk futbolu bu gün bütün dünyanın diqqət mərkəzindədir. Buna görə də Türkiyədə çıxış edən futbolçular da daha çox çalışmalıdırlar. Amma sizin də dediyiniz kimi, İlqar “Sıvas”dan “Bolu”ya geriləyib. Amma üzərində daha çox çalışırsa, gələcək illərdə bəlkə yenə də adından söz etdirər.
- Qarşıdan gələn Türkiyə - Azərbaycan matçı haqda nə düşünürsünüz?
- İnşallah, gözəl bir dostluq matçı olar. Türkiyə zaman-zaman çox pis oynayır. Bu dəfə də eyni hal təkrarlansa, Azərbaycan qalib gələ bilər. Amma təbii ki, qüvvələr nisbətində Türkiyə daha güclüdür.
- Azərbaycan milli komandası artıq neçə gündür ki, Kayseridə qarşıdakı matça hazırlaşır. Millimizin hazırlığıyla maraqlanırsınız?
- Xeyr. Mən hazırda İstanbuldayam və bütün diqqətimi superliqanın sonuna yönəltmişəm.
- Bu gün Azərbaycan futbolunun səviyyəsi yüksək deyil. Amma çoxları deyir ki, 15-20 il əvvəl Turkiyə futbolu da bizimki kimiydi. Amma sizlər səbr edərək,yorulmadan çalışaraq, futbolun səviyyəsini daha yüksəklərə qaldıra bildiniz. Sizcə, Azərbaycanda futbolumuzun səviyyəsini qaldırmaq üçün nə etməliyik?
- Əvvəlcə meydançalar düzəldilməli, uşaq futboluna diqqət yetirilməlidir. Sonra isə əcnəbi məşqçilər və futbolçular gəlməlidirlər. Bir də iqtisadi şərtlər çox önəmlidir. Futbol artıq para işidi…
- Türkiyədə də kifayət qədər tanınan Ahmet Dursun, Fatih Sonkaya, Ali Cansun, Suat Usta, Goksel Akinci kimii futbolçular Azərbaycan çempionatında oynayırlar. Həmçinin Mehmet Ak, Tunc Afşar kimi məşhur isimlər də Azərbaycanda çalışırlar. Bu haqda məlumatınız varmı?
- Bəli, bilirəm. Məhz bu cür davam edərək, səviyyəni qaldırmaq olar. Amma bir daha deyirəm ki, beynəlxalq arenada uğur qazanmaq daha vacibdir.
- Klublarımızdan necə, tanıdıqlarınız var?
- Bakı komandalarını bir az tanıyıram. Fikrimcə, iki ölkə arasında hazırlıq maçları keçirilməlidir. Sizlər gəlin, sonra da bizim klubları dəvət edin.
- Biz sizi “Qalatasaray” azarkeşi kimi tanıyırıq. “Cim-Bom”un ölkəmizdə də kifayət qədər azarkeşi var. Azərbaycandakı “Qalatasaray”lılara nə demək istərdiniz?
- “Qalatasaray”lılar xoşbəxt insanlardır. Dünya onları tanıyır. Azərbaycanlı “Qalatasaray”lılara salamlarımı yollayıram. Matçları yaxından izləsinlər, əllərindəki yaxşı futbolçuları “Qalatasaray”a təklif etsinlər.
- Ümumiyyətlə, Bakıda olmusunuz? İnşallah, sizi nə vaxt Bakıda görə bilərik?
- Dəvət etsəniz, gələrəm. Sizə “Qalatasaray”ı və Türk futbolunu anladaram…
- Son sözünüz.
- Qardaş Azərbaycana sevgilərimi bildirirəm.

İBRAHIM

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı