"Qalatasaray": uğurun davamı gələcəkmi?

ETOPAZ 2 Noyabr 2012 / 16:30 3157
-  A +

www.etopaz.az-ın noyabrın ilk həftəsonuna olan proqramı ixtiyarınızdadır. Ənənnəvi olaraq cümə günü proqramı şənbə və bazarla müqayisədə elə də zəngin deyil. Bununla belə, bu günkü oyunların arasında da proznozsevərlər üçün diqqət çəkən matçlar var.
 
İlk növbədə Türkiyə superliqasının "İstanbul Böyük Şəhər Bələdiyyə"  - "Qalatasaray" görüşünə toxunmaq istərdik. Günün 64 qarşılaşması arasında yeganə canlı mərcə açıq olan matç məhəz bu oyundur. "Qalatasaray" ötən tur "Kayserispor" üzərində 3:0 hesablı inamlı qələbəylə 1 aydır davam edən uğursuzluğa "dur" dedi. İndi "Cim-Bom" fanatları sevimli komandalarından bunun davamanı gözləyir.
 
Saat 22:00-da başlanacaq qarşılaşmada "Qalatasaray"ın qələbə əmsalı 1.65-ə bərabərdir. Meydan sahiblərinin zəfəri 4.10-dur. Heç-heçə isə 3.35 əmsalla dəyərləndirilir. Bu görüşdən başqa proqramda 2 "tək oyun" da yer alıb.  Bu oyunlar Almaniya bundesliqasının saat 23:30-da başlayacaq "Ayntraxt" - "Qroyter Fürt" və bundan 15 dəqiqə sonra start götürəcək "Brest" - "Loryen" qarşılaşmalarıdır. Bundan başqa www.etopaz.az müştəriləri  Rusiya, Argentina, Şimali İrlandiya, Hollandiya, Avstriya, Xorvatiya və hətta Səudiyyə Ərəbistanı çempionatlarının oyunlarına mərc edə bilər. Sərhədsiz www.etopaz.az-da sərhədsiz qazanmaq imkanı var. Siz də qazananlardan olun!!!


Son xəbərlər