"Qalatasaray" üçün "ölüm-dirim" savaşı

ETOPAZ 23 Oktyabr 2012 / 14:59 3073
-  A +

www.etopaz.az müştəriləri üçün həyəcan dolu anlar bu gün axşam saatlarından başlayacaq. Günün proqramına əsasən ilk qarşılaşma saat 21-də start götürəcək. Bu, Çempionlar Liqasının Moskvada keçiriləcək "Spartak" - "Benfika" matçıdır. İlk 2 oyunda məglub olan "Spartak" bu görüşdə qalib gəlməyə borcludur. Amma rəqibin də sıradan bir komanda olmadığı nəzərə alınmalıdır. www.etopaz.az bu dueldə şansları təxminən bərabər qiymətləndirir. "Spartak"ın qələbə əmsalı 2.40, "Benfika"nın isə 2.35-ə bərabərdir.  Heç-heçə 3.25 əmsalla dəyərləndirilir. "Spartak" - "Benfika" görüşü proqramda yer alan "tək oyunlar"dan biridir. Moskvadakı qarşılaşmadan başqa proqnozsevərlər daha 3 matça tək mərc edə bilər. Bunlar "Şaxtyor Donetsk" - "Çelsi", BATE - "Valensiya" və "Qalatasaray" - "ÇFR Kluj" görüşləridir.  "Qalatasaray" - "ÇFR Kluj" matçına www.etopaz.az müştəriləri həm də canlı mərc edə bilər.

2 turdan sonra hesabında xal olmayan "Qalatasaray" üçün bu oyun "ölüm-dirim" xarakteri daşıyır. "Cim-Bom" bu görüşdə də məğlub olarsa, pley-offa çıxmaq şansını demək olar ki, itirəcək. "Qalatasaray"ın qələbəsi 1.55 əmsalla işarələnib, qonaqlarda isə bu rəqəm 4.40-dır. Amma rumınlar da "asan yem" deyil. Daxili çempionatda ugursuz çıxış edən "ÇFR Kluj"un baş məşqçisi Yoan Andonenin başı üzərində "qara buludlar" toplaşıb. Ola bilsin, İstanbuldakı məglubiyyət onun istefası ilə nəticələnsin. Bu üzdən rumınların ciddi müqavimət göstərəcəyi şübhə doğurmur. Görək, "Qalatasaray" Türkiyə millisinin Rumıniyaya məğlubiyyətinin əvəzini çıxa bələcəkmi? Bu oyunlardan başqa www.etopaz.az müştəriləri Çempionlar Liqasının daha 5 matçına, həmçinin İngiltərə və Braziliyanın aşağı liqalarında keçiriləcək oyunlara da mərc edə bilər. www.etopaz.az-la futbol hər zaman gözəl, həyəcanlı və maraqlıdır. Bu hissləri yaşamaq və həm də pul qazanmaq istəyirsinizsə, www.etopaz.az-la oynayın. İndi bizdə qazanmaq daha asandır.

Etopaz.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord