Zeynal Məmmədov: «İkinci dövrədə də belə olsa, böyük qalmaqallar yaranacaq»

Zeynal Məmmədov: «İkinci dövrədə də belə olsa, böyük qalmaqallar yaranacaq»
MÜSAHİBƏ 3 Dekabr 2008 / 18:25 5122
-  A +

"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov Qol.Az-a müsahibə verib. Klub rəsmisi əvvəlcə komandasının birinci dövrədəki çıxışına toxunub.

 

- Komandamızın ilk dövrədəki çıxışından tam razı qalmadım. Baxmayaraq ki, ikinci pillədə qərarlaşmışıq, liderlə xal fərqi 2 xaldır. Çıxışımızı 85 faiz qənaətbəxş hesab edirəm.

- Hakimlərdən narazı olsanız da, PFL-in prezidenti referilərin qərəzli olmadığını bəyan edib.

- Çox sayda səhv olmaz. Hakim də insandır, xətası ola bilər. Ancaq xəta uzağı bir-iki dəfə olar. Fariz Yusifov "İnter"lə oyunumuzda iki penaltimizi vermədi. Ancaq mən onu qınamıram, ola bilər ki, bu epizodları görməyib. "Simurq"la oyunda hakim bizə qarşı 5-6 epizodda səhv etdi. Baş açmaq olmur, bu səhvdir, yoxsa?

- Necə fikirləşirsiniz, əcnəbi ədalət təmsilçilərinə ehtiyac varmı?

- Baş məşqçimiz Hacıyevski deyib ki, ikinci dövrədə prinsipial oyunları xarici hakimlər idarə etsin, yəni, heç kimin tərəfini saxlamasın. Əgər ikinci dövrədə çox sayda səhvlər olsa, böyük qalmaqallar yaranacaq.

- PFL kənardan hakim gətirməyi mənfi qarşılayır.

- Belə etməklə deyil ki? Gərək yerli hakimlər oyunları elə idarə etsinlər ki, məşqçilər xaricdən referi gətirilməsini fikirləşməsinlər. Elə hakimlər var ki, çalışdırıcıların onlardan gözü qorxub.

- Ramin Musayev qəti şəkildə deyib ki, stadionu hazır olmayanlar növbəti çempionata buraxılmayacaq...
- Görək, axırı necə olacaq. Çətin ki, stadionumuz sentyabra hazır olsun. İş getsə, PFL-in komandalara güzəşt edəcəyinə inanıram.

- Premyer-liqanın formatının dəyişəcəyini necə qarşılayırsınız?

- Müsbət. Ancaq, məncə, 10 komanda 4 dövrədə mübarizə aparsa, daha yaxşı olar. Ümumiyyətlə, iddiasız, maddi imkanı aşağı olan komandalar çempionatda oynamamalıdır.

- Xristovdan savayı, hansı futbolçular göndəriləcək?

- Yaxın günlərdə məlum olacaq. 3-4 futbolçu gedəcək, 2-3-ü də gələcək.

- Yola salınacaq oyunçuların adlarını sirr saxlayırsınız?
- Hələlik tam aydınlaşmayıb.

- Almaniyanın "Herta" klubuyla əməkdaşlıq məsələsi nə yerdə qalıb?

- Bunun üzərində işləyirik. Yaxın vaxtlarda Almaniyaya səfər edib, planımızı reallaşdıracağıq.

- Hazırlıq prosesi ilə bağlı Türkiyəyə səfər nə zaman olacaq?

- Yanvarın 15-də. "Titanik" otelində məskunlaşacaq komandamız üç həftəlik təlim-məşq toplanışı, həmçinin yoldaşlıq matçları keçirəcək. Udub, uduzmağın fərqi yoxdur. Əsas odur ki, komanda ikinci dövrəyə optimal heyətlə hazır olsun.

Anar CƏFƏRSOY

 

Daha çox


Son xəbərlər