Premyer Liqanın təqvimində növbəti dəyişiklik

Premyer Liqanın təqvimində növbəti dəyişiklik
XƏBƏR 25 Sentyabr 2012 / 15:44 2369
-  A +

U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Premyer Liqanın təqvimində dəyişiklik edilib.

1. Premyer Liqanın VII turunun "Qarabağ" - "Simurq" qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Simurq" - "Qarabağ", ikinci dövrənin oyunu isə "Qarabağ" - "Simurq" kimi qeydə alınır.

2. Premyer Liqanın VII turunun "Xəzər Lənkəran" - "Turan" oyunu sentyabrın 29-da Tovuz şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Turan" - "Xəzər Lənkəran", ikinci dövrənin oyunu "Xəzər Lənkəran" - "Turan" kimi qeydə alınır.

3. Premyer Liqanın VII turunun "İnter" - "Neftçi" qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

4. Premyer Liqanın VII turunun "Rəvan" - "Kəpəz" oyunu 29 sentyabr tarixindən 30 sentyabr tarixinə keçirilir. Bu səbəbdən Premyer Liqanın VIII turun "Kəpəz" - "Qarabağ" oyunu 3 oktyabr tarixindən 4 oktyabr tarixinə keçirilir.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi