“Neftçi”dən jurnalistlərə təcili müraciət

XƏBƏR 25 Sentyabr 2012 / 15:13 2943
-  A +

“Neftçi” klubu Avropa Liqasının oktyabrın 4-də keçiriləcək “Neftçi” – “İnter” oyunu ilə bağlı jurnalistlərə müraciət edib.

Klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə Qol.Az saytına bildirib ki, qarşıdakı matça qeydiyyat bu gün saat 18:00-da başa çatır.

“Bəzi mətbuat orqanları hələ də qeydiyyatdan keçməyiblər. Bu isə oyun zamanı onlar üçün problemlər yaradacaq. Qrup mərhələsinin qeydiyyatı birbaşa UEFA-nın nəzarətindədir. Jurnalistlərə müraciət edərək onları saat 18.00-a qədər qeydiyyatdan keçməyə çağırıram. Əks halda, onlar oyunda jurnalist kimi iştirak edə bilməyəcəklər” – deyə G.Abbaszadə bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın