"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına başladı

"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına başladı
XƏBƏR 25 Sentyabr 2012 / 13:50 1372
-  A +

"Qarabağ" klubu Premyer Liqanın VII turu çərçivəsində qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-da "Simurq"un qonağı olacaq komanda günü bir məşqlə keçirib.

Komandanın tək çalışması "Sərin"in idman kompleksində baş tutub. "Qarabağ" cümə gününə kimi Bakıda çalışıb ardınca Zaqatalaya yollanacaq.

Xatırladaq ki, təqvimə əsasən bu oyuna "Qarabağ" ev sahibliyi etməliydi. Lakin Azərbaycanda keçirilən 17 yaşlı qızların dünya çempionatı ilə əlaqədar olaraq "Simurq"la razılaşma əsasında yerlər dəyişdirilib. Belədə noyabrın 18-nə təyin olunmuş cavab görüşünə "Qarabağ" ev sahibliyi edəcək.

Əlavə edək ki, "Simurq" - "Qarabağ" görüşü sentyabrın 29-u saat 18:00-da keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord