“Neftçi” antirekordlarını təkrarladı

XƏBƏR 25 Sentyabr 2012 / 11:16 1939
-  A +

Son iki mövsümün Azərbaycan çempionu “Neftçi” Premyer Liqanın cari mövsümündə ilk dörd qarşılaşmada beş qol buraxıb.

Bunadək “Qarabağ” və “Xəzər Lənkəran” klublarının hərəsindən bir qol buraxan bakılılar “Sumqayıt”a 2:3 hesabı ilə uduzub. Bununla da çempionun startdakı dörd matçda buraxdığı topların sayı beşə çatıb.

Bu isə “Neftçi”nin tarixində ən pis göstəricidir. “Ağ-qaralar” 1993  və 2006/07 mövsümlərində də ilk dörd qarşılaşmada beş dəfə qola məyus olmuşdu.

Startdakı dörd oyunda iki məğlubiyyət alan “Neftçi” ölkə çempionatları tarixində beşinci dəfə mövsümə belə başlayıb. Paytaxt təmsilçisi 1998/99, 2006/07, 2008/09 və çempion olduğu ötən - 2011/12 mövsümündə də ilk dörd oyundan ikisində xalsız qalmışdı.

Mənbə: pfl.az


Son xəbərlər