Azərbaycanlı xanım İspaniyada daha bir futbol klubu aldı

Azərbaycanlı xanım İspaniyada daha bir futbol klubu aldı
XƏBƏR 25 Sentyabr 2012 / 00:22 4476
-  A +

Azərbaycanlı iş adamı Gülnarə Xanbabayeva İspaniyanın üçüncü divizionunda çıxış edən futbol klubunu alıb.

Komanda «Baku - Deportivo» adlanır. Klubun əsas hədəfi la liqada oynamaqdır. Komandanın adı İspaniya ictimaiyyətində böyük marağa səbəb olub. "Baku – Deportivo"nun prezidenti Gülnarə Xanbabayeva deyib ki, oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.

Gülnara Xanbabayevanın sözlərinə görə, "Bakı" futbol klubunun İspaniyada çıxış etməsi həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaradır.

Qeyd edək ki, Gülnarə xanımın komandası İspaniyanın üçüncü divizionunda çıxış edir. "Baku Deportivo"da dünyanın bir çox ölkələrini təmsil edən futbolçular çıxış edir. Lakin klub prezidenti azərbaycanlı gənc futbolçuları da komandanın heyətində görməyi arzu edir. O, Azərbaycanın futbol klublarıın təlim məşq toplantılarını, yoldaşlıq görüşlərini "Bakı - Deportivo"nun idman bazasında keçirə biləcəyini də söyləyib. Valensiyada bunun üçün hər cür şərait var (Lent.az).

Əlavə edək ki, Gülnarə Xanbabayevanın birinci komandası "Baku de Valensiya" adlanır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın