Droqba yenidən Premyer Liqa yolunda

Droqba yenidən Premyer Liqa yolunda
XƏBƏR 25 Sentyabr 2012 / 00:01 2466
-  A +

Çinin "Şanxay Şenhua" klubunun hücumçusu Didye Droqbanın yenidən İngiltərəyə qayıdacağı iddia olunur.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu "Arsenal"ın maraq dairəsinə düşüb.

Fil Dişi Sahili yığmasının düşərgəsindən Çinə yola düşən Droqbanın komandasında maliyyə böhranı davam edir. Məhz bu səbəbdən Droqbanın yenidən Avropaya üz tutacağı gözlənilir. Lakin təcrübəli futbolçunun Amerikaya gedəcəyi də istisna olunmur.

Qeyd edək ki, ötən mövsüm "Çelsi" ilə Çempionlar Liqasını qazanan Droqba Londondan ayrılaraq "Şanxay Şenhua" klubu müqavilə ilə imzalamışdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın