“Bakı”nın sabiq vitse-prezidenti “İnter”in bostanına daş atdı

“Bakı”nın sabiq vitse-prezidenti “İnter”in bostanına daş atdı
MÜSAHİBƏ 18 May 2009 / 19:47 3839
-  A +

“Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyev Qol.Az-a müsahibə verib.



- Nail müəllim, “Bakı”nın çempionluğuna sizin də münasibətinizi bilmək maraqlı olardı.
- “Bakı” qızıl medallara layiq idi. Komanda uzun yol qət etdi, təlim-məşq toplanışları keçdi, yeni transferlər etdi, bir sözlə əziyyət çəkdi və bunun da bəhrəsini gördü. Mən bu çempionluğu tam ədalətli sayıram.
- 2006-cı ildə çempion olan komandanın vitse-prezidenti kimi o çempionluqla, bu çempionluq arasında hansı fərqi görürsünüz?
- Mən fərq görmürəm. O çempionluq da, bu çempionluq da kollektiv əməyin bəhrəsidir. Burada inztibatçısı və həkimindən tutmuş, futbolçu, məşqçisi, rəhbərinə kimi hamı əziyyət çəkib.
- Yenə də fərqin olmaması mümkün deyil. O vaxt “Bakı” yeni yaranmış komanda kimi ilk çempionluğunu qeyd etmişdi.
- Mən sizə deyim ki, “Bakı” hələ 2005-ci ildə, yəni, ilk yarandığı ildəcə çempionluğu bayram edə bilərdi. Təsəvvür edin, komanda həmin ili “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran” kimi çempionluğa oynayan komandalara qalib gəldi. Amma “Gənclərbirliyi”, MOİK, “Şahdağ” kimi komandalarla oyunlarda xal itirdi. Həmin vaxt biz də futbol aləmində təzə idik, bəzi səhvlər buraxdıq. Məsələn, “Gənclərbirliyi” ilə Sumqayıtdakı oyunda əsas heyəti qorumaq məqsədi ilə meydançaya daha çox ehtiyat futbolçuları buraxdıq. Nəticədə xal itirdik.
- Çempionluqda baş məşqçi Coko Haciyevskinin əməyini necə faizlə qiymətləndirərdiniz?
- Təbii, onun da baş məşqçi kimi xidməti az olmadı. Bu çempionluqda hamının əməyi var. Azarkeşlərin də, oyunçuların da,  rəhbərliyin də. Rəhbərlik komanda üçün hər cür şərait yaratmışdı və baş məşqçi də bunun nəticəsində öz işini gördü. Diqqət yetirirsinizsə, son vaxtlar “Bakı” uşaq futboluna və infrastruktura nə qədər fikir verir. Elə “Muğan”la oyunda meydana çıxan 15 yaşlı uşağı hamı gördü. Oyuna daxil olduqdan az sonra məhsuldar ötürmə verdi. O uşaq bir tapıntıdır.
- Deyəsən, Haciyevski onu meydana buraxmaq istəmirdi. Yalnız Zeynal Məmmədovun məsləhətindən sonra Haciyevski əvəzetməni gerçəkləşdirdi.
- Xeyr, həmin əvəzetmə əvvəlcədən planlaşdırılmışdı. Bu birbaşa klubun prezidenti Hafiz Məmmədovun tapşırığı idi. Çünki, ona da çatdırmışdılar ki, “Bakı”da belə bir istedadlı uşaq var.
- Həmin uşağın klubun rəhbər şəxslərinə yaxın olduğu və məhz bu səbəbdən meydana çixdığı haqda da söz-söhbətlər gəzir.
- Yalan söhbətdir. Başqa klubları deyə bilmərəm, amma “Bakı” da heç vaxt baxılmayıb ki, bu kimin adamıdır, kimin qohumudur. Burada tapşırıqla futbolçu oynadılmayıb. Kim güclüdür, istedadı var, o da oynayıb. Bəli, etiraf edirəm ki, bizdə də olub ki, kimisə xahiş ediblər ki, komandaya götürək. Biz də şans vermişik. Amma baxanda ki, özünü doğrultmayıb geri göndürmişik.
- Artıq qarşıdan Çempionlar Liqası gəlir. Razılaşın ki, daha böyük uğurları qazanmağın vaxtıdır.
- Öncə onu deyim ki, çempionluq “Bakı” üçün artıq adiləşib. Özünüz təsəvvür edin də, komanda yarandığı  5 ildə 2 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunun sahibi olub, bir dəfə isə bürünc medallari qazanıb. Bu mənada razıyam, artıq Avropada sözümüzü deməliyik. Amma hər şey ediləcək yeni transferlərdən asılı olacaq. Mən elə fikirləşirəm ki, ən azı 6-7 səviyyəli futbolçuya ehtiyac var. Bir şeyi də deyim ki,  “Bakı” Avrokuboklar çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi oyunların birini çıxmaq şərtiylə hamısında qalib gəlsə də,  mərhələ keçə bilməyib.
- “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar deyib ki, heyətdə 15-20 əcnəbi saxlamaqdansa, 10 səviyyəli legioner saxlamaq daha məqsədəuyğundur.
- Mən də elə fikirləşirəm. Bildiyimə görə, ixtisarlar olacaq. Çünki ümidləri doğrulda bilməyən transferlər oldu. Amma onların adlarını çəkə bilmərəm. Çünki bu haqda baş məşqçi Haciyevski danışsa, daha yaxşı olar. Komandanın baş məşqçisi odur.
- “Bakı”nın çempionluğunda “İnter”in rolu nə qədər oldu? Hər halda onlar 3 xal öndə olduqları vaxtda ardıcıl 3 oyunda xal itirərək mövqelərini itirdilər.
- Gəlin belə danışaq da. Mövsüm ərzində “İnter” 2 dəfə “Bakı” ilə qarşılaşdı və heç birində qalib gələ bilmədi. İndi eşidirik də, qulağımıza çatır, gedib orda-burda nələrsə danışırlar. Azərbaycan da elə də böyük ölkə deyil, heç nəyi gizlətmək olmur. 4-5 komanda bir komandanın çempionluğu üçün oynayır. Belə olan halda başqa hansı düzgünlükdən, ədalətdən söhbet gedə bilər. Sizə deyirəm, 4-5 komanda bir komandanın çempionluğu üçün vuruşur. Özlərinin də heç bir məqsədi yoxdur. Amma həmin komanda yenə çempion ola bilmir. Özünüz də də hər şeyi gözəl başa düşürsünüz. Odur ki, orda-burda artıq danışmağa ehtiyac yoxdur. “Bakı” çempionluğa layiq idi və heç vaxt da əyri yola getməyib. Amma bir şeyi də açıq deyəcəm ki, “Xəzər-Lənkəran”la Lənkərandakı oyun ciddi araşdırılmalıdır. O oyunda “Bakı” oynamadı. Niyə? Bu mütləq araşdırılacaq.


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı