Çixradze: "Futbolçularda yorğunluq hiss olunurdu"

Çixradze: "Futbolçularda yorğunluq hiss olunurdu"
XƏBƏR 24 Sentyabr 2012 / 20:33 1795
-  A +

"Mahmud Qurbanov "Kəpəz"in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze "Kəpəz"lə oyundan (2:1) sonra deyib.

Gürcüstanlı mütəxəssis bu qələbəni azarkeşlərə ərmağan etdiyini bildirib: "Xəzər Lənkəran" ilə keçən gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu.

Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı