UEFA "Neftçi"ni cəzalandırdı

UEFA "Neftçi"ni cəzalandırdı
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2012 / 16:22 4698
-  A +

UEFA-nın İntizam Komitəsi iyulun 17-də keçirilmiş "Neftçi"-"Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən klubumuz cərimələnib.

UEFA-nın "Neftçi"yə ünvanladığı məktubda buna səbəb "Neftçi" - "Zestafoni" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcədə fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.

Bundan başqa final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın Ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib.
 
Nəticədə UEFA-nın İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, klubumuzu 20 min avro məbləğində cərimələyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı