Vüqar Nadirov: “Sanki bataqlığa düşmüşdük”

Vüqar Nadirov: “Sanki bataqlığa düşmüşdük”
MÜSAHİBƏ 24 Sentyabr 2012 / 15:15 3455
-  A +

“Qarabağ” klubunun hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqanın altlncı turunda səfərdə “Turan”ı  məğlub etdiniz. AZAL-a 2:6 hesablı yenilgidən sonra bu qələbəni qazanmaq çətin olmadı?

- Adətən, belə məğlubiyyətdən sonra toparlanmaq çox çətin olur. İstəyirdik ki, AZAL-a oyunu unudub bütünlüklə “Turan”la qarşılaşmaya köklənək. Tovuz klubu doğrudan da əzmkar komandadır. Onlarla oyunda hələ bir çox iddialı komanda xal itirəcək.

- Yalnız oyunun 88-ci dəqiiqəsində penaltidən qol vura bildiniz. Görünür, “Qarabağ”da hələ hər şey tam qaydasında deyil.

- AZAL-la oyundan sonra toparlanmaq asan olmayacaqdı. Ona görə də bu qarşılaşmada çox çətinlik çəkdik. Lakin əsas odur ki, qələbə qazanıb bir qədər özümüzə gələ bildik.

- Hazırda komandada ab-hava necədir?
 
- Vəziyyət düzəlməyə doğru gedir. Gərək qarşıdakı oyunlarda da mütləq qalib gələk ki, hər şey qaydasına düşsün.

- AZAL-la görüşdən sonra klub rəhbərliyi futbolçulara maddi cəza kəsdi. Bunu necə qarşıladınız?
 
- Dünya futbolunda da belə şeylər olur. Əgər səhvimiz varsa,  cəzasını çəkməliyik.

- Sən də cərimələnən futbolçular arasındasan?

- Bəli, hamı kimi mənə də maddi cəza kəsilib.

- Sirr deyilsə, cərimənin məbləği nə qədərdir?
 
- Cərimənin məğləği haqda hələ bizə məlumat verməyiblər.

- Baş məşqçiniz Qurban Qurbanov AZAL uğursuzluğundan sonra sizə nə dedi?
 
- Kollektiv iclas keçirdi. Hər kəsə “Qarabağ”ı bu durumdan çıxarmaq üçün əllindən gələni etməyi tapşırdı. Doğurdan da sanki komandamız bataqlığa düşmüşdü.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord