“Neftçi”yə uduzmaq üçün meydana çıxmayacağıq”

“Neftçi”yə uduzmaq üçün meydana çıxmayacağıq”
MÜSAHİBƏ 24 Sentyabr 2012 / 13:15 3443
-  A +

“Sumqayıt “ klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov bu gün Premyer Liqada “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı Qol.Az saytına müsahibə verib.

- Bu gün Premyer Liqada “Neftçi”ni qəbul edəcəksiniz. Bu oyundan nə gözləyirsən?

- Rəqib çox güclüdür. Lakin biz meydana məğlub olmaq üçün çıxmayacağıq. Nəyi bacarırıqsa, onu da ortaya qoymağa çalışıacağıq. Evdə çıxış etdiyimiz üçün ən azı yaxşı futbol göstərməyə çalışacağıq.

- Son turlar məğlubiyyət acısı yaşamaqda davam edirsiniz. Bu gün “Neftçi” ilə oyunda qarşınıza hansı nəticəni qazanmaq məqsədi qoyulub?

- Klub rəhbərliyi istəməz ki, komandası məğlub olsun. Lakin məqsədimiz maksimum dərəcədə xal toplamaqdır. Bir xal, üç xal... Nəyə gücümüz çatarsa. Əsas məsələ məğlub olmamaqdır.

- Komandada hazırda heyətlə bağlı problem var. Bu isə sizə əlavə çətinlik yaradacaq.

- Keçən tur “İnter”lə görüşdə heyətimizdə problem yox idi. Oyunumuz çox yaxşı alınırdı. Hətta həmin görüşdə məğlubiyyətə layiq olmadığımızı da söyləyə bilərəm. Lakin bu gün “Neftçi”ə qarşı həmin heyətlə meydana çıxa bilməyəcək. Çünki müdafiəmizin əsas futbolçuları zədəlidir. Ancaq bu o demək deyil ki, meydana “Neftçi”ə uduzmaq üçün çıxacağıq.

- “Neftçi”nin Avroliqada səfərdə “Partizan”a qarşı ağır oyun keçirməsi, müəyyən yorğunluğunu sizin üçün üstünlük hesab etmək olar?

- Xeyr. Hazırda “Neftçi” çox yüksək formadadır. Birdə ki, əsas futbolçuları yorğun olsalar da, rəqibimizin ehtiyat skamyası zəngindir.

- Bugünkü oyunda şanslarınızı necə görürsən?
 
- Futbolda istənilən nəticə qeydə alınır. Hətta liderlər belə ortabab komandalara böyükhesabla uduzurlar. “Neftçi” ilə oyunda istənilən nəticə qeydə alına bilər.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı