"Azərbaycanın DÇ-yə ev sahibliyi etməsi böyük hadisədir"

XƏBƏR 24 Sentyabr 2012 / 12:54 1164
-  A +

"Bakıya ilk dəfədir səfər edirəm. Burada gördüyüm inkişaf məni heyran etdi". Bu sözləri AzərTAc-a müsahibəsində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Futbol Komitəsinin rəhbəri Keir Radnedge deyib.

K.Radnedge bildirib ki, Azərbaycanın FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi etməsi beynəlxalq idman aləmində böyük hadisədir. Bu mötəbər betnəlxalq idman yarışının Bakıda keçirilən açılış mərasimi isə həqiqətən möhtəşəm olub

Azərbaycan idmançılarının qazandığı uğurlardan məlumatlı olduğunu diqqətə çatdıran K.Radnedge Tofiq Bəhramov və Antoli Banişevskinin adlarının ölkənin futbolu tarixində qızıl hərflərlə yazıldığını söyləyib.

O qeyd edib ki, Bakının “Neftçi” futbol klubunun Avropa Liqası yarışlarının qrup mərhələsinə yüksəlməsi və ilk turda Serbiyanın “Partizan” komandası ilə heç-heçə oynaması Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsində olmasından xəbər verir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı