"Xəzər Lənkəran"da yeni məşqçi

"Xəzər Lənkəran"da yeni məşqçi
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2012 / 18:58 5504
-  A +

"Xəzər Lənləran"ın məşqçilər korpusuna daha bir nəfər gətirilib. Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, keçmiç futbolçu Emin Quliyevlə iki illik müqavilə imzalanıb. Bu gündən Emin baş məçqçinin köməkçisi vəzifəsində çalışacaq.
 
Emin Quliyev "Xəzər Lənkəran"da 2005-2009-cu illərdə çıxış edib. Bu komandayla birgə o, 2006/2007 mövsümünün Azərbaycan çempionu, həmin mövsüm ölkə kubokunun və 2008-ci ilin Birlik kubokunun qalibi titullarını qazanıb.
 
Futbolçu karyerası ərzində Emin "Xəzər Lənkəran"dan başqa "Kəpəz", "Liteks" (Bolqarıstan), "Çorno more" (Bolqarıstan), "Neftçi", Alaniya (Rusiya), "Karvan", "Simurq" və "Turan" klublarının şərəfini qoruyub.
 
O, 2000-ci ildən başlayaraq milli yığma komandamızın üzvü də olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki