Foqts: “Azərbaycanlı futbolçular gündə iki dəfə məşq etmək istəmirlər”

Foqts: “Azərbaycanlı futbolçular gündə iki dəfə məşq etmək istəmirlər”
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2012 / 17:34 3821
-  A +

“Hazırda Azərbaycan çempionatının oyunlarında ən azı dörd yerli futbolçu çıxış etməlidir. Mənim bu ölkəyə gəlişimə qədər elə komandalar vardı ki, istisnasız olaraq, legionerlərlə çıxış edirdilər. Bu gün isə hər klubda biri 21 yaşlı olmaqla dörd yerli futbolçu oynamalıdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın “Kikker” nəşrinə müsahibəsində bildirib.

Ölkəmizdə keçirilən qızlar arasında dünya çempionatının açılışına görə yenidən Azərbaycana gələn Foqts alman jurnalistə müsahibəni “Teleqüllə” restoranında verib.

Alman mütəxəssis müsahibəsində azərbaycanlı futbolçularla bağlı iradlarını səsləndirib: “Burada oyunçular gündə iki dəfə məşq etmək istəmirlər. Onlar artıq Mərkəzi Avropa futboluna yaxınlaşmalıdırlar. Soruşursunuz ki, alman və Azərbaycanın futbol mentalitetində nə kimi oxşar cəhətlər var? Yoxdur. İki il əvvəl “Qarabağ” Avropaliqada Dortmund “Borussiya”sı ilə qarşılaşdı. O zaman “Borussiya”nın çempionatdakı oyunu təxirə salınmadı, amma “Qarabağ”ın matçı təxirə salındı. “Borussiya” ilə oyunlardan sonra futbolçular üç günlüyünə istirahətə buraxıldılar. Komandada heç bir hazırlıq yox idi”.

Foqts millinin üzvləri haqda da danışaraq qeyd edib ki, futbolçular bir-birilərini tənqid etməyi, oyun səhvlərini üzlərinə deməyi bacarmırlar.

Millinin baş məşqçisi Azərbaycanda qızlar arasında dünya çempionatının ölkədə qadın futbolunun inkişafına xidmət edəcəyini söyləyib. O, eyni zamanda bu yarışı keçirməyin həm də Azərbaycanın “Avro-2020”ni qəbul etməyə hesablandığını deyib: “Hər halda az da olsa belə bir inam var ki, qızların yarışınını gələcəkdə Azərbaycanın Gürcüsanla birgə “Avro-2020”ni qəbul etməsinə köməyi olacaq”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq