Messi özündən çıxdı (VİDEO)

Messi özündən çıxdı (VİDEO)
GÜNDƏM 23 Sentyabr 2012 / 11:58 4282
-  A +

İspaniya La Liqasında dünən “Barselona” ilə “Qranada” arasında keçirilən oyunda Kataloniyalı futbolçular arasında mübahisə yaranıb.

Qol.Az-ın məlumatına görə, “Barsa”nın 2:0 hesabı ilə qalib gəldiyi matçda sakitliyi və soyuqqanlığı ilə tanınan argentinalı Lionel Messi bu dəfə komanda yoldaşlarına etiraz etməsi ilə yadda qalıb.

İlk olaraq Messi ona ötürmə verməyən David Villanın üstünə qışqırıb. Bundan sonra futbolçular arasında qısa zamanda bir gərginlik yaranıb. “Barsa”nın baş məşqçisi Tito Vilanova vəziyyətə müdaxilə edərək ikinci hissədə Villanın yerinə Pedronu oyuna daxil edib.

Buna baxmayaraq, meydandan gərgin görünən Messinin növbəti hədəfi ona ötürmə verməyən gənc futbolçu Tyaqo Alkantara olub. İspan azarkeşləri arasında belə fikir yaranıb ki, dünənki qarşılaşmada zəif təsir bağışlayan Messi buna görə ona vaxtında ötürmə verməyən komanda yoldaşlarını təqsirkar bilir.



Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord