Sissi Rayt: "Bizi üzən qollar buraxdıq"

Sissi Rayt: "Bizi üzən qollar buraxdıq"
XƏBƏR 22 Sentyabr 2012 / 22:07 1986
-  A +

"Təəssüf ki, kolleqam burda yoxdu, çünki mən onu təbrik etmək istərdim qələbə münasibətiylə. Çox gözəl oyun oldu, baxmayaraq ki, bizi üzən qollar buraxdıq".

Bu sözləri bugün 17 yaşadək qızlar arasında Azərbaycanda keçirilən dünya çempionatının Azərbaycan-Kolumbiya matçından sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Sissi Rayt deyib.

Qol.Az-ın məlumatına görə, alman məşqçi məğlubiyyətin səbəbini təcrübəsizliklə əlaqələndirib: "Kolumbiya yığması beynəlxalq təcrübənin nə dərəcədə önəmli olduğunu bir daha bizə sübut etdi. Bizim komandamız cəmi iki ilin komandasıdır. Bu gün alınmadı, amma gələcəkdə uğurlar qazanmaq üçün əlimizdən gələni edəcəyik".

 


Son xəbərlər