Dünya çempionatının rəsmi açılışı oldu

FIFA U-17 22 Sentyabr 2012 / 19:55 2549
-  A +

Bu gün Azərbaycan-Kolumbiya matçından öncə Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanda keçirilən U-17 qızlar arası dünya çempionatının rəsmi açılışı oldu.

Qol.Az-ınməlumatına görə, təxminən saat 19:30 radələrində rəsmi açılışa start verildi.

Açılış yüksək səviyyədə təşkil olunmuşdu. Öncə müxtəlif rəqs qrupları və  akrobatlar Respublika stadionunun qazonuna ayaq basdılar.  Onların nümunəvi çıxışından sonra dünya şöhrətli pop ulduz Cennifer Lopes səhnəyə qədəm qoydu. Cəmi bir mahnı oxuyan müğənnin ümumi çıxışı cəmi 12 dəqiqə çəkdi. 

Bundan sonra isə meydançaya Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə FİFA prezidenti Jozep Blatter qədəm qoydular və bugünkü oyunun iştirakçılarını, eləcə də azarkeşləri salamladılar.

Daha sonra isə hər iki ölkənin himni səslənib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki