Mourinyo: “İngiltərədə işləyəcəyəm!”

Mourinyo: “İngiltərədə işləyəcəyəm!”
GÜNDƏM 22 Sentyabr 2012 / 14:46 3118
-  A +

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Madridin “Real” klubundan ayrıldıqdan sonra İngiltərə Premyer Liqasında işləmək istədiyini söyləyib.

Qol.Az-ın məlumatına görə, “Sky Sport”a müsahibəsində o deyib ki, bununla bağlı artıq qəti qərar verib.

Xatırladaq ki, Mourinyo bir vaxtlar İngiltərədə “Çelsi”ni çalışdırıb. Sonra İtaliya “İnter”inə, oradan isə “Real”a keçib.

49 yaşlı mütəxəssis qeyd edib ki, o, İngiltərə “Çelsi”dan başqa komanda da işləyə bilər: “Düzdür, ürəyimdəki komanda “Çelsi”dir. Amma mən peşəkar bir məşqçiyəm, ona görə də digər klubu da çalışdırmağım mümkündür”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı