AFFA azarkeşlərə müraciət etdi

AFFA azarkeşlərə müraciət etdi
FIFA U-17 22 Sentyabr 2012 / 13:39 2296
-  A +

AFFA bu gün start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı ilə bağlı azarkeşlərə müraciət edib.

Müraciətdə qeyd olunub ki, Tofiq Bəhramov adına Respublika stadionunda çempionatın ilk oyunu saat 17:00-da, Nigeriya və Kanada yığmaları arasında keçiriləcək.

"Saat 18:30-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan - Kolumbiya qarşılaşması başlayacaq. Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlərdən xahiş olunur ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq" - deyə müraciətdə bildirilib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı