Dünya çempionatının rəsmi açılışının başlama saatı bəlli oldu

XƏBƏR 22 Sentyabr 2012 / 12:19 2117
-  A +

Azərbaycanda bu gün start götürəcək U-17 qızlar arasında dünya çempionatının rəsmi açılışı saat 18.45-dən sonraya nəzərdə tutulub.

Qol.Az-ın məlumatına görə, təşkilatçılar azarkeşlərdən saat 18.00-a  qədər stadiona gəlməyi xahiş ediblər.

Qeyd edək ki, rəsmi açılış mərasimində məşhur mügənni Cenifer Lopez çıxış edəcək.

Açılış mərasminə nüfüzlu qonaqlar da qatılacaq. Artıq bununla əlaqədar FİFA prezidenti Yozef Blatter ölkəmizə gəlib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Rəsmi açılışdan sonra A qrupunda yer alan Azərbaycan və Kolumbiya komandalarının görüşü keçiriləcək.


Son xəbərlər