Quti karyerasını başa vurdu

Quti karyerasını başa vurdu
XƏBƏR 22 Sentyabr 2012 / 03:10 2397
-  A +

İspaniya futbolunun son illərdə yetişdirdiyi ən böyük futbolçulardan biri olan Quti futbolçu karyerasını başa vurub.

Qol.Az-ın məlumatına görə, Radio Marca-ya açıqlamasında futbolçu özü bu məlumatı verib:

“Artıq qərarımı vermişəm. Baxmayaraq ki, bir-neçə təklif almışdım. Ancaq bəs edər. Artıq ailəyə daha çox vaxt ayırmağın zamanıdır”.

Qeyd edək ki, 35 yaşlı Quti daha çox “Real”dakı çıxışları ilə tanınıb. Bu klubun heyətində beş dəfə İspaniya Primerosunun, üç dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya Superkubokunun qalibi olub. Onun şəxsi muzeyində UEFA Superkuboku və Türkiyə kuboku da var. Futbolçunun son klubu “Beşiktaş” olub

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord