Millimiz dünya çempionatına böyükhesablı məğlubiyyətlə başladı

Millimiz dünya çempionatına böyükhesablı məğlubiyyətlə başladı
FIFA U-17 22 Sentyabr 2012 / 21:50 19424
-  A +

Bugün Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı start götürüb.

Qol.Az-ın məlumatına görə, ilk oyun günü dörd qarşılaşma keçirilib. 

Günə B qrupunun qarşılaşmaları ilə start verilib. Millimizin yer aldığı A qrupunun qarşılaşmaları isə günün ikinci yarısında oynanılıb. Qızlarımız saat 20:00-da Tofiq Bəhramov adına Respublilka stadionunda Kolumbiya millisini qəbul edib və 0:4 hesabıyla məğlub olublar.

Qeyd edək ki, ilk oyunda Koreya Xalq Demokratik Respublikası Qambiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 11:0. Bu qrupun digər matçında - Fransa - ABŞ qarşılşmasında hesab açılmayıb. Günün ikinci heç-heçəsi millimizin yer aldığı A qrupunda qeyd alınıb. Nigeriya - Kanada görüşü 1:1 hesabı ilə yekunlaşıb.


A qrupu

20.00. Azərbaycan-Kolumbiya 0:4
Qollar:
Dayana Kastilo, 17 (0:1), Dayana Kastilo, 19 (0:2), Gabriela Maldonado, 44 (0:3), Laura Aguirre, 73 (0:4)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakim: Etsuko Fukano (Yaponiya)
Baş hakimin köməkçiləri: Chie Ohata (Yaponiya), Mei Hsiu Liu (Çin Taypeyi)
Dördüncü hakim: Finau Vulivuli (Fici)

Azərbaycan: Aytac Şərifova, Jalə Məcidova, Ləman Bağırova, Maya Danqadze, Əminə Heydərova (k), Nigar Cəlilli, Şəfəq Nəsirova, Suheylə İltar, Melis Sarıaltın, Olya Şioşvili, Leyla Solmaz

Kolumbiya:
Lissa Kardozo, Diana Duarte, Estefania Botero, Dayana Kastilio (k), Karolina Arbelaez, Leis Santos, Juliana Okampo, Maria Jaramillo, Anyella Martinez, Gabriela Maldonado, Marsela Restrepo




17.00. Nigeriya-Kanada - 1:1
Qollar:
Amandine Pyerre Luis, 63 (0:1), İhezu, 81 (1:1)  
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakim: Katerina Monzul (Ukrayna)
Baş hakimin köməkçiləri: Panagiota Koutsoumpou, Ourania Foskolou (hər ikisi - Yunanıstan)
Dördüncü hakim: Karolina Radzik-Johan




B qrupu

15.00. Fransa-ABŞ - 0:0
Lənkəran Şəhər Mərkəzi stadionu.
Hakim: Klaudio Umpierres (Uruqvay)
Baş hakimin köməkçiləri: Nadia Weiler (Paraqvay), Luciana Mascarana (Uruqvay)
Dördüncü hakim: Aissata Amegee (Toqo)


13.00. Koreya Xalq Demokratik Respublikası – Qambiya - 11:0
Qollar:
Çu Yun Qyonq, 18 (1:0), Ri Un Sim, 19 (2:0), Ri Kyonq Hyanq, 20 (3:0), Ri Un Sim, 31-pen (4:0), Ri Un Sim, 34 (5:0), Kim Pyonq Hva, 44 (6:0), Ri Kyonq Hyanq, 62 (7:0), Kim So Hyanq, 68 (8:0), Ri Kyonq Hyanq, 77 (9:0), Ri Hyanq Sim, 87 (10:0), Ri Hyanq Sim, 90+1 (11:0),  
Bakı. 8-ci km. stadionu
Hakim: Karina Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Romina Santuari, Giuliana Guarino (hər ikisi - İtaliya)
Dördüncü hakim: Cardella Samuels (Yamayka)




 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı