AZAL-"İnter" matçı statistikanın gözündə

AZAL-"İnter" matçı statistikanın gözündə
XƏBƏR 21 Sentyabr 2012 / 22:58 1764
-  A +

Azərbaycan Premyer Liqanın 6-cı turunun qarşıdan gələn AZAL-"İnter" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq.

Qol.Az-ın "İnter"in rəsmi saytına istinadən verdiyi məlumata görə, b
unadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi sə ölkə kubokunun payına düşür.

“İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdir. 18 oyunun 9-u
heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi AZAL-ın xeyrinədir-14:12.


Komanda

O

Q

H

M

Toplar

“İnter”

18

5

9

4

12-14

AZAL

18

4

9

5

14-12


Komandalar ilk dəfə 2005-ci ilin dekabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 0:0 hesabıyla başa çatıb. “İnter” və AZAL qarşıdurmasında ilk qolun müəllifi niqeriyalı hücumçu Laki İdaxor olub.

Xatırlardaq ki, ötən mövsümdə komandalar iki dəfə qarşılaşıblar və hər iki oyun 1:1-lik heç-heçə ilə başa çatıb. AZAL-"İnter” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 18 görüşün 7-də qeydə alınıb. AZAL-"İnter" qarşılaşmaların tarixində ən böyükhesablı
nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL komandamızı məhz bu hesabla udmuşdu.


Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:

Mövsüm

Oyun

Hesab

Qollar müəllifləri

2005/06

“Olimpik”-“İnter”

0:0

---

2005/06

“İnter”-“Olimpik”

1:0

22' Laki İdaxor

2006/07

“İnter”-“Olimpik”

0:0

---

2006/07

“Olimpik”-“İnter”

1:0

55' Fabio Luis Ramim

2007/08

“Olimpik”-“İnter”

1:0

61' Junivan Suares

2007/08

“İnter”-“Olimpik”

2:0

29' X.Məmmədov, 90+2' P.Zlatinov

2008/09

“Olimpik”-“İnter”

1:1

86' L.Qomeş-29' A.Məmmədov

2008/09

“İnter”-“Olimpik”

1:0

59' D.Assioli

2009/10

“İnter”-AZAL

2:2

78' G.Karlsons, 84' A.Rubin- 5' R.Qoqinaşvili, 50' A.Doroş

2009/10

AZAL-“İnter”

0:1

47' G.Karlsons

2010/11

AZAL-“İnter”

5:0

49' 79' V.İgbekoi, 69' G.Yuşka, 76' N.Kvirtiya, 82' V.Qarayev

2010/11

“İnter”-AZAL

1:1

61' P.Zlatinov- 70' G.Yuşka

2010/11

AZAL-“İnter”

1:0

45' İ.Bliznyuk

2010/11

“İnter”-AZAL

0:0

---

2010/11

“İnter”-AZAL(k)

0:0

---

2010/11

AZAL-“İnter”(k)

0:1

2' D.Odikadze

2011/12

AZAL-İnter”

1:1

49' G.Bogü-87' V.Levin

2011/12

“İnter”-AZAL

1:1

10'T.Şütz- 54' S.Zərgərov


Azərbaycan çempionatında AZAL-a qarşı keçirilən səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmada komandamız 1 dəfə rəqibini məğlub etməyi bacarıb. 4 matçda ev sahibləri qələbə qazanıblar. 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi AZAL-ın xeyrinə dir-10:3.

Qeyd edək ki, AZAL-"İnter" matçı sentyabrın 23-də keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı