Kobi Brayant və Lionel Messi türk şirkətinin reklamında

Kobi Brayant və Lionel Messi türk şirkətinin reklamında
XƏBƏR 21 Sentyabr 2012 / 15:37 2342
-  A +

ABŞ-ın məşhur basketbolçu Kobi Brayant və İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi Türk Hava Yollarının (THY) reklam çarxına çəkilib.

Qol.Az-ın məlumatına görə, bu barədə THY-nin rəsmisi Hamdi Topçu açıqlama verib.

O bildirib ki, şirkət Brayantla 2011-ci ildə bağladığı reklam müqaviləsini 2 il uzadıb. Basketbolçu şirkətin yeni reklam çarxına çəkiləcək. Filmdə Messi də yer alacaq.

Qeyd edək ki, THY təyyarələri ən çox ölkəyə uçan hava yolları şirkətidir. Uçduğu yerlər baxımından isə bu şirkət dünyada 5-cidir.


Son xəbərlər