Rövnəq Abdullayev: “Gərək qonaqpərvərliyimizi hamıya göstərək”

Rövnəq Abdullayev:  “Gərək qonaqpərvərliyimizi hamıya göstərək”
XƏBƏR 21 Sentyabr 2012 / 14:51 1560
-  A +

“FİFA-ya minnətdaram ki, bizə etimat edib bu yarışı keçirməyə imkan verdi. Biz də əlimizdən gələni edirik ki, 17 yaşadək qızlar arasındakı dünya çempionatını yüksək səviyyədə təşkil edək, öz qonaqpərvərliyimizi bütün qonaqlara göstərək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Azərbaycanda start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatı öncəsi bu gün keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

O, qızlarımızın şanslarını da dəyərləndirib: “Komandamızın keçirdiyi yoldaşlıq görüşləri haqda məlumatım var. Millimizi bu turnirə hazır sayıram. İnanıram ki, çempionatda da göstərdiyimiz oyun və nəticələrlə azarkeşlərimizi sevindirəcəyik”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı