Ramin Musayev: “Hacıyevin taktikası bir çox əcnəbi məşqçnin taktikasından üstündür”

Ramin Musayev: “Hacıyevin taktikası bir çox əcnəbi məşqçnin taktikasından üstündür”
GÜNDƏM 21 Sentyabr 2012 / 13:40 3540
-  A +

“Neftçi” qələbəyə layiq futbol oynadı. Təmsilçimiz əla taktikayla gözəl oyun nümayiş etdirdi.  Görüşün gedişatında “Neftçi” 15 dəqiqə müdaifədə oturub, 15 dəqiqə hücum edirdi. Mən baş məşqçi Böyükağa Hqcıyevin sözünü dəstəkləyirəm. Onun taktikası bir çox əcnəbi məşqçinin taktikasından üstündür. Hacıyev bunu sübut etdi”.

Bu sözləri Qol.Az saytına açıqlamasında Peşəkar Futbol Liqasınını prezdenti Ramin Musayev Avropa Liqasınını dünən keçirilən “Partizan” – “Neftçi” oyununu (0:0) dəyərləndirərkən deyib.

O qeyd edib ki, bu cür azarkeş təzyiqi altında və  yağışlı bir havada  bir xal qzanmaq yaxşı nəticə hesab olunmalıdır: “Mən bu münasibətlə “Neftçi” rəhbərliyini, məşqçilər heyətini və futbolçuları təbrik edirəm. Növbəti oyunlarda da onlara uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı