Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2012 / 11:23 5734
-  A +

Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin dünən Serbiya “Partizan”ı ilə oyunda (0:0) bir xal qazanması Azərbaycanın UEFA reytinqindəki mövqeyinə müsbət təsir edib.

Qol.Az-ın məlumatına görə, təsnifat mərhələsindən fərqli olaraq, qrup yarışlarında heç-heçə 0,125 deyil, 0,250 xal gətirib. “Neftçi”nin dünənki uğurundan sonra Azərbaycan 8,041 xalla UEFA reytinqində 33-cü pilləyə  qalxıb.

Azərbaycanın ən yaxın izləyiciləri olan Bosniya (7,833) 34-cü, Moldova (7,666)  35-ci, İrlandiya (7,357) isə 36-cı yeri tutur.


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki