Kamal Quliyev: "Belə vəziyyətə göz yuma bilməzdim"

Kamal Quliyev: "Belə vəziyyətə göz yuma bilməzdim"
MÜSAHİBƏ 21 Sentyabr 2012 / 04:01 6412
-  A +

Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Partizan"la 0:0 bərabərə qalan "Neftçi" klubunun məşqçisi Kamal Quliyev Qol.Az-ın Belqrada ezam olunmuş xüsusi müxbirinin suallarını cavablandırıb.


- “Neftçi” Avroliqada daha bir uğura imza atdı. “Partizan”la səfərdəki oyundan komandanız bir xalla dönür. Matçla bağlı fikirləriniz necədi?

- Bütün Azərbaycan futbol ictimaiyyətini təbrik edirəm. Bu tək “Neftçi”nin yox, bütün Azərbaycanın uğurudu. Bu gün Azərbaycanda "Neftçilər günü"dür. Bu uğurun üst-üstə düşməyi bizim üçün ikiqat sevinc oldu. Həddindən artıq ağır oyun keçdi. Bizim rəqibdən daha çox qol imkanlarımız var idi. Çoxları düşünürdü ki, biz qrupun autsayderiyik. Amma bu futboldu. Göstərdik ki, hər cür nəticəyə imza atmaq olar. Çatışmayan cəhətlərimiz də var idi və bunu dilə gətirməliyik. Cavid İmamverdiyev və Vobay səviyyələrindən aşağı çıxış etdilər. Biz onlardan istədiyimiz oyunu ala bilmədik. Həmçinin futbolçularımızda bir qədər özünəinam çatışmırdı. Əslində bu normal haldı. Çünki istər-istəməz ilk oyunun həyəcanı hiss olunurdu.

- Razısınız ki, bu oyunda “Neftçi” bir xal qazanmadı, əksinə iki xal itirdi?

- Bəli, biz Belqraddan üç xalla da dönə bilərdik. Yaratdığımız qol imkanları bunu deməyə əsas verir. Bununla belə, bir xal da bizim üçün uğurdu.

- Yerli azarkeşlərin qapıçı Saşa Stamenkoviçə qarşı böyük təzyiqi var idi. Buna münasibətiniz necədir?

- Çox pis. Mən özüm də legioner həyatı yaşamışam. Əgər bizim millətin nümayəndəsi xaricdə çıxış edirsə, deməli, o, bizim fəxrimizdir. Mən bilirəm ki, “Srvena Svezda” və “Partizan” uzun illərdi bir-birlərinə düşmən münasibəti bəsləyirlər. Buna baxmayaraq, serblər bu oyunda öz mədəniyyətlərini nümayiş etdirməliydi. Gözləyirdim ki, onlar öz millətinin qapıçısını daha müsbət şəkildə qarşılayacaqlar. Oyun bitəndən sonra “Partizan”ın qapıçılarla işləyən məşqçisi ilə aramızda insident yaşandı. O, Stamenkoviçi meydandan çıxara-çıxara qapıçımıza arxadan yumruqlar atırdı. Mən də bunu gördüm və yaxınlaşıb onu Stamenkoviçdən ayırdım. Belə vəziyyətə göz yuma bilməzdim. Daha sonra bizim ikimiz arasında tutaşma oldu. Bir-birimizə əl-qol atdıq. Stadionu tərk edərkən isə o mənə yaxınlaşdı və bu hərəkətinə görə üzr istədi. Mən ona dedim ki, əgər siz Bakıda olsaydınız, biz tərəfdən özünüzə qarşı fərqli münasibət görəcəkdiniz. Biz qonağa hörmət edən millətik. Çox təəssüflər olsun ki, serblər özləri haqda məndə mənfi rəy yaratdılar.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı