"Partizan" - "Neftçi" matçında daha bir insident

"Partizan" - "Neftçi" matçında daha bir insident
XƏBƏR 21 Sentyabr 2012 / 03:46 5351
-  A +

Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Partizan" - "Neftçi" matçından sonra (0:0) daha bir insident yaşanıb.

Qol.Az-ın məlumatına görə, bu dəfə hər iki komandanın məşqçiləri diqqət mərkəzinə düşüb.

Oyunun final fitindən sonra "Neftçi"nin köməkçi məşqçisi Kamal Quliyev və "Partizan"ın qapıçılarla işləyən məşqçisi tutaşıblar.

Buna isə rəqib məşqçinin "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə arxadan yumruq vurması səbəb olub. Bunu görən K.Quliyev ona yaxınlaşaraq öz etirazını bildirib və hər iki məşqçi arasında münaqişə yaşanıb.

Qeyd edək ki, bu insidentdən öncə matçın final fitinin səslənməsi ilə "Partizan"ın bəzi futbolçuları “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkmişdilər.


Son xəbərlər