Tahir Süleymanov: "Neftçi" istədiyi oyunu göstərə bilmədi"

Tahir Süleymanov: "Neftçi" istədiyi oyunu göstərə bilmədi"
GÜNDƏM 21 Sentyabr 2012 / 03:28 4206
-  A +

"Bugünkü gün tarixi gün idi. “Neftçi” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avroliqa oyununa çıxırdı. İndiyədək ölkəmizdə heç bir klub buna imza atmamışdı. Bir daha sübut etdik ki, “Neftçi” üçün rəqibin kimliyinin fərqi yoxdu. Bu gün komandamız ikinci tarixi uğuruna imza atdı. Avroliqada ilk xalımızı qazandıq".

Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbiri ilə söhbətində bu sözləri "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov "Partizan"la oyundan (0:0) sonra deyib.
 
T.Süleymanov daha sonra hava şəraitinin "Neftçi"yə istədiyi oyunu nümayiş etdirməsinə imkan vermədiyini bildirib: 

“Neftçi” istədiyi oyunu bu gün göstərə bilmədi. Dünəndən etibarən Belqradda hava şəraiti çox pis idi. Azərbaycan klubu üçün isti havadan gəlib, belə yağışlı havada oynamaq çox çətindir. Hətta gördünüz ki, top da meydanda ağır hərəkət edirdi. İlk oyunun həyəcanı hiss olunurdu.

Heyətdə Cavid İmamverdiyev, Tərlan Quliyev kimi gənc oyunçular oynayırdı. Azərbaycan xalqını təbrik etmək istəyirik. “Neftçi” uğurlarının ardını gətirəcək. Bütün azarkeşlərimizi oktyabrın 4-də “İnter”lə keçiriləcək oyuna dəvət edirik. Əmin olsunlar ki, İtaliya klubuna qarşı da “Neftçi” var gücü ilə oynayacaq".

Qeyd edək ki, "Neftçi" Avroliqada ikinci matçını oktyabrın 4-də, Bakıda İtaliya "İnter"inə qarşı keçirəcək. Həmin görüş saat 21:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi