Fatih Terimi təəccübləndirən anons

Fatih Terimi təəccübləndirən anons
XƏBƏR 21 Sentyabr 2012 / 03:22 3714
-  A +

İngiltərənin “Mançester Yunayted” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilmiş Çempionlar Liqası matçında maraqlı olay yaşanıb.

Qol.Az-ın məlumatına görə, “Old Trafford” stadionunun diktoru heyətləri açıqlayarkən, Fatih Terim türkcə “İmperator Fatih Terim” kimi təqdim olunub.

İngilislərin bu jesti Terimi həm təəccübləndirib, həm də sevindirib. Qarşılaşmanın gedişində isə oyunçu dəyişiklikləri türkcə çatdırılıb.

Qeyd edək ki, oyun “Mançester Yunayted”in qələbəsi ilə yekunlaşıb: 1-0.


Son xəbərlər