Böyükağa Hacıyev:"Partizan" təsəvvür etdiyimdən də zəifdir"

Böyükağa Hacıyev:"Partizan" təsəvvür etdiyimdən də zəifdir"
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2012 / 02:14 6308
-  A +

Avropa Liqasının qrup mərhələsinin bu gün Belqradda “Partizan”a qarşı keçirilən ilk oyundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu dəqiqələrdə mətbuat konfransı keçirib.

Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Hacıyev əvvəlcə oyunla bağlı təəssüralarını bölüşüb:

- Əvvələ hamını salamlayıram. Bizi sevənləri də, sevməyənləri də. Bu gün "Neftçi" bir xal qazanmadı, iki xal itirdi. Avroliqanın qrup mərhələsində biz debütantıq. Bizim futbolçular bir qədər gec ayıldılar. "Partizan" mən təsəvvür etdiyimdən də zəifdir. Çox təəssüf olsun ki, qədim tarixi olan klub bu gündədir. Doğrudur, burda üç xal qazana bilmədik. Amma sizi əmin edirəm ki, Bakıdakı oyunda üç xal artıq cibimizdədir. Azərbaycanda "Neftçilər günü"dür. Biz də neftçiləri təmsil edirik. Şəxsən Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə və 80 min işçisi olan bu şirkətə həsr edirəm bu uğuru. Oyundan sonra yaşananları heç belə təsəvvür etməzdim. Çox təəssüflər olsun ki, oyundan sonra bizə qarşı azarkeşlər tərəfindən belə hərəkətlər oldu. Bizdə Saşa Stamenkoviç və onun məşqçisi serbdir. Soruşun, görün, biz azərbaycanlılar onlarla necə rəftar edirik, serblər özləri necə.

- “Partizan”ın oyunu haqda fikirləriniz necədir?

- Mən “Partizan”ın AEL və "Tromso" ilə oyunlarınıza da baxmışam. “Partizan” nə özü oynayır, nə də rəqibə oynamağa imkan verir.

- Qapıçınızın Saşa Stamenkoviçin hərəkətləri ilə bağlı nə deyərdiniz?

- Saşa yaxşı olsa da Serbiyanın adıdır, pis olsa da. Sabah Saşa "Partizan"da oynasa, yaxşı olacaq? O, “Neftçi”yə "Srvena Svezda"dan gəlib. “Srvena Zvezda” ilə “Partizan” əzəli rəqibdir. Saşa öz həyat yoldaşı ilə Bakıda yaşayır. Mən ondan indiyədək ədəbsiz hərəkət görməmişəm. Saşa bir nömrəli qapıçıdır.

- Mahir Şükürov hücumlara az qoşuldu. Bu, sizin tapşırığınız idi?

- Bəli, bunu mən tapşırmışdım. İlk 15-20 dəqiqədə onlara tapşırılmışdı ki, oyun nizam-intizamından kənara çıxmasınlar.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki