Belqradda “Neftçi”nin qapıçısına hücum oldu (FOTO)

Belqradda “Neftçi”nin qapıçısına hücum oldu (FOTO)
XƏBƏR 21 Sentyabr 2012 / 02:00 4827
-  A +

Avropa Liqasının bir qədər əvvəl başa çatan “Partizan” – “Neftçi” oyunundan sonra insident baş verib.

Qol.Az-ın Belqrada ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, matçın final fiti səslənən kimi “Partizan”ın bəzi futbolçuları “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkiblər.

Lakin insidentin əlbəyaxa davaya çevrilməsinin qarşısını almaq mümkün olub. “Neftçi” klubunun üzvlərinin də müdaxiləsindən sonra Stamenkoviç meydandan çıxarılıb.


Qeyd edək ki, Stamenkoviçə “Partizan”ın futbolçuları və azarkeşləri nifrətlə yanaşırlar. Buna səbəb onun "Partizan"a düşmən rəqib hesab edilən Serbiyanın başqa bir təmsilçisi “Srvena Zvezda”da bir zamanlar oynamasıdır.

Yeri gəlmişkən, hələ bu görüşdən əvvəl "Partizan"lı azarkeşlər Stamenkoviçi fitə basmışdılar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı