Erməni baş məşqçini qovdular

Erməni baş məşqçini qovdular
XƏBƏR 21 Sentyabr 2012 / 01:18 2978
-  A +

Rusiyanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Samvel Arakelyan vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Alla Alyoşina açıqlama verib.

Alyoşina bildirib ki, Arakelyan hələ avqustun 12-də başa çatmış 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra qovulub. Son olimpiadada Rusiya yığması akademik avarçəkmə növündə 4 mümkün qayıq tipindən 2-də təmsil olunub və heç bir medal qazana bilməyib.

Erməni əsilli baş məşqçinin Rusiyanın İdman Nazirliyi ilə müqaviləsi noyabrın 1-də başa çatacaq. Onun rəhbərliyi altında ölkə yığması 14 – 16 sentyabrda İtaliyada keçirilmiş Avropa çempionatında da uğursuzluğa düçar olub. Yeni baş məşqçi vəzifəsinə seçim müsabiqəsi oktyabrın sonlarında başa çatacaq. Alyoşina bildirib ki, Arakelyan da namizədliyini verə bilər. Lakin onun postunda qalacağı ehtimalı çox azdır.

Qeyd edək ki, Samvel Arakelyan Rusiya milli komandasına 2009-cu ilin oktyabrında baş məşqçi təyin olunub. Bunadək Arakelyan Rostov İdman Komitəsində işləyib və rusiyalı bir neçə avarçəkənin şəxsi məşqçisi olub (Lent.az).


Son xəbərlər