İngiltərədə Lionel Messiyə heykəl qoyuldu

İngiltərədə Lionel Messiyə heykəl qoyuldu
XƏBƏR 21 Sentyabr 2012 / 00:22 2936
-  A +

Argentina millisinin və "Barselona" klubunun futbolçusu Lionel Messi əbədiləşdirilib.

Qol.Az-ın məlumatına görə, 2011-ci ilin Çempionlar Liqasının finalında "Mançester Yunayted"lə görüşdə göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Messiyə Londonda heykəl qoyulub.

Heykəlin qoyulma müddəti 4 ay çəkərkən, 190 min avroya başa gəlib. Karyerası əzrində La Liqa, Kral kuboku, Çempionlar Liqası və UEFA Superkuboku kimi titullar qazanan Messinin heykəli sentyabrın 23-dən etibarən Londondakı "Madame Tussauds" muzeyində sərgilənəcək.

Bu mövsüm də İngiltərə Futbol Federasiyasının 150 illiyi ilə əlaqədar Çempionlar Liqasının final oyunu Londonun "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Uembli" stadionunda keçirilən "Barselona" - "Mançester Yunayted" matçı 3:1 hesabı ilə Kataloniya təmsilçisinin xeyrinə başa çatmışdı.


Son xəbərlər