Aquero: "Mançester Siti"yə getməkdən başqa əlacım yox idi"

Aquero: "Mançester Siti"yə getməkdən başqa əlacım yox idi"
XƏBƏR 21 Sentyabr 2012 / 00:01 2060
-  A +

"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero ÇL-də "Real" (Madrid) klubu ilə keçirilən oyundan sonra (2:3) maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu "Real"da oynamaq istədiyini, ancaq Madrid təmsilçisindən təklif almadığını bildirib:

"Əgər daha öncə "Real"dan təklif alsaydım, bunu məmnuniyyətlə qəbul edərdim. Mən heç vaxt "Atletiko"ya xəyanət etməmək üçün "Real"a getmərəm deməmişəm. Həmin vaxt ən yaxşı təklif "Mançester Siti"nin olduğu üçün bu komandanı seçdim. Başqa əlacım da yox idi. Buna baxmayaraq, "Mançester Siti"də xoşbəxtəm və özümü çox rahat hiss edirəm. Komandamla daha çox titul qazanmaq istəyirəm".

Qeyd edək ki, Aquero 45 milyon avro müqabilində "Atletiko" (Madrid) klubundan "Mançester Siti"yə transfer olunmuşdu.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki