“Xəzər Lənkəran” Yunis Hüseynovla bağlı qərarını açıqladı

“Xəzər Lənkəran” Yunis Hüseynovla bağlı qərarını açıqladı
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2012 / 19:33 7100
-  A +

“Xəzər Lənkəran” rəhbərliyi komandanın baş məşqçisi Yunis Hüseynovun bu gün “Simurq”la oyundan sonra istefa verməsinə münasibət açıqlayıb.

Klubun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, istefa qəbul olunmayıb və olunmayacaq.

“Biz belə bir qərar verməyəcəyik. Yaxşı olardı ki, məşqçilər korpusu istefa verməkdənsə, komandanın uğursuz çıxışlarının səbəbini təhlil edib araşdırsın. Komandanın düşdüyü bu durumdan çıxarmaq üçün klub rəhbərliyinin baş məşqçiylə görüşü olacaq. Biz birlikdə yaranmış vəziyyətdən çıxış yolu axtaracağıq” – deyə T.Nadirov bildirib.

Daha çox


Son xəbərlər