Yunis Hüseynov istefa verdi

Yunis Hüseynov istefa verdi
XƏBƏR 20 Sentyabr 2012 / 19:10 4413
-  A +

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib.

Qol.Az-ın məlumatına görə, bununla bağlı qərarını o, bu gün "Simurq"a qarşı keçirilən Premyer Liqanın oyunundan sonra açıqlayıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" bu gün "Simurq"a 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi beş oyundan sonra beş xalla turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb

Klub rəhbərliyinin Y.Hüseynovun istefasını qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.


Son xəbərlər