Qurban Qurbanov: «Qarabağ»da dəyişiklik olacaq»

Qurban Qurbanov: «Qarabağ»da dəyişiklik olacaq»
MÜSAHİBƏ 2 Dekabr 2008 / 20:40 6011
-  A +

Ağdamın «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- Komandanız ikinci dövrəyə hazırlığı necə keçirəcək?

- Dekabrın 5-nə qədər məşqlərdə olacağıq. Bundan sonra istirahətə gedəcəyik. Yanvarın 2-də yenidən yığışırıq.

- Klubda heyətlə bağlı dəyişiklik gözlənilir?

- Hər bir komandada olduğu kimi, bizdə də dəyişiklik olacaq. Amma indidən konkret bir şey yoxdu.

- Kimin gedib, kimin qalacağı müəyyənləşib?

- Yox, hələ ki, bununla bağlı konkret proqram tutmamışam.

- Dəyişiklik start heyətində oynayan futbolçulara aiddir, yoxsa?

- Hər halda çalışacağıq ki, start heyəti bir az gücləndirək.

- Konkret hansı xətti gücləndirmək fikrindəsiz?

- Bu barədə hələlik bir söz deyə bilmərəm.

- Xaricdən futbolçu gətirəcəksiz, yoxsa daxildən?

- Xaricdən futbolçu gətirmək barədə o qədər də düşünməmşik. Əsasən yerli futbolçuların üzərində dayanırıq.

- İkinci dövrə üçün hədəfiniz nədir?

- Turnir cədvəlində vəziyyətimiz pisləşməyib. Çalışacağıq ki, oyundan-oyuna yaxşı nəticə əldə edək. Əlbəttə, əvvəlcədən proqnoz verə bilmərik ki, biz qızıl medal alacaq və ya mükafatçılar sırasına düşəcəyik. Amma təbii ki, medallar uğrunda mübarizəni sonadək davam etdirəcəyik.

- Ümumiyyətlə, «Qarabağ»ın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiz?

- Normal.

- Rəşad Sadiqov «Qarabağ»da oynayacağı ilə bağlı açıqlama verib.

- Rəşadın «Neftçi»ylə müqaviləsi var və onun oradan ayrılmaqla bağlı çətinlikləri mövcuddur. Mən «Neftçi»dən çıxarılan futbolçuları öz komandamızda görmək istərdim. Amma onların problemləri olduğu üçün biz hələlik bu futbolçulardan hansınısa komandaya cəlb etmək barədə düşünmürük.

- «Qarabağ»la müqavilənizi uzatmısınız?

- Mən mövsümün sonu, yəni gələn ilin mayınadək «Qarabağ»dayam.

Şükür CAVAD

Daha çox


Son xəbərlər