Hollandiyalı futbolçu yenidən "Real"a qayıdır

Hollandiyalı futbolçu yenidən "Real"a qayıdır
XƏBƏR 9 Avqust 2012 / 00:01 2521
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyderin yenidən sabiq komandası Madrid "Real"ına qayıdacağı iddia olunur.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "kral klubu" hollandiyalı futbolçunu yenidən komandaya qaytarmağı planlaşdırır.

Sneyderin meneceri Soren Lerbi isə bu haqda belə deyib: "Hələ ki, tərəflər arasında heç bir danışıq olmayıb. Ancaq bu futboldur. Hər şey ola bilər".

"İnter"in baş məşqçisi Andrea Stramakkioni də yüksək məbləğdə təklif alacaqları təqdirdə 28 yaşlı futbolçunu istənilən komandaya sata biləcəklərini açıqlayıb.

Qeyd edək ki, Sneyder 2009-cu ildə 15 milyon avro müqabilində "Real"dan "İnter"ə transfer olunmuşdu.


Son xəbərlər