Olimpiadanın bütün oyunlarına bilet alan azarkeş öldü

XƏBƏR 8 Avqust 2012 / 19:41 1714
-  A +

Olimpiya oyunlarının bütün yarış günləri üçün bilet almış 49 yaşlı britaniyalı azarkeş Konrad Ridmen London xəstəxanasında vəfat edib.

Qol.Az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Trekdə velosiped idmanı üzrə yarışlarda britaniyalı Viktoriya Pendltona və kişilərdən ibarət yığma komandanın yarışlarına azarkeşlik edən Ridmen həmin yarışlardan qayıdarkən velodromun yaxınlığındakı Olimpiya parkında özünü pis hiss edərək huşunu itirib.

Tezliklə həkimlər gələrək Ridmeni xəstəxanaya aparıblar. Lakin azarkeşi xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub.

İxtisasca mühasib olan Ridmenin işdə iki həftə məzuniyyət götürdüyü bildirilir.
 
“Daily Gazette” nəşri bildirir ki, Ridmen Olimpiadanın təntənəli açılış mərasimi də daxil olmaqla, avarçəkmə və suya tullanmadan kamandan ox atmağa və badmintona qədər idmanın bütün növləri üzrə yarışlara gedirdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki