Samir Ələkbərov: “Neftçi” mərhələni keçə bilməyəcək”

Samir Ələkbərov: “Neftçi” mərhələni keçə bilməyəcək”
GÜNDƏM 8 Avqust 2012 / 17:15 3081
-  A +

“Neftçi”nin ilk oyunda “Hapoel”ə böyükhesablı məğlubiyyətinin səbəblərini deyə bilmərəm. Çünki komandanın içində deyiləm. Ancaq görünən o idi ki, komanda oynamadı. Konkret bir mövqeni günahlandırmazdım. Guya kim yaxşı oynadı ki?”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin və Azərbaycan millisinin sabiq hücumçusu Samir Ələkbərov deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək “Neftçi”-“Hapoel” (İroni Kiryat) cavab matçına da toxunaraq, “Neftçi”dən möcüzə gözləmədiyini deyib: “Nəyə ümid edirəm? Heç nəyə, ümid ölüb. İsraillilər cütüb taleyini orda həll etdilər və bu gün də formal olaraq meydana çıxacaqlar. Ola bilsin, “Neftçi” qalib gəlsin. Amma mərhələni keçə bilməyəcək”.

Qeyd edək ki, Samir Ələkbərov 1994-95-ci il mövsümündə İsraildə çıxış edib və “Makkabi”nin (Petax-Tikva) şərəfini qoruyub. Bu klubun heyətində 17 matçda meydançaya çıxıb və 1 qola imza atıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki