Rəsmi açıqlama: Rövşən Bayramov karyerasını bitirməyəcək!

Rəsmi açıqlama: Rövşən Bayramov karyerasını bitirməyəcək!
LONDON-2012 8 Avqust 2012 / 16:51 3265
-  A +

Son günlər ölkə mətbuatında yunan-roma güləşçimiz Rövşən Bayramovun idmançı karyerasını bitirəcəyi və məşqçiliyə başlayacağı ilə bağlı xəbərlər yayılıb.

Qol.Az-ın məlumatına görə, ardıcıl 2 olimpiadada gümüş medal qazanmış pəhləvanımızın pərəstişkarlarının bu narahatlığına Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov son qoyub.
 
«Hazırda Rövşənin cəmi 25 yaşı var və onun idmançı karyerasını bitirən vaxtı deyil. İdmançı özü də karyerasını başa vurucağı ilə bağlı heç nə deməyib. O, bizim yığma komandaya lazımlı güləşçidir və yığmamızın lideridir. Hazırkı vəziyyəti Rövşənə ən azı daha bir olimpiadada güləşmək imkanı verir. Dünya güləşində biz dəfələrlə yaşı 30-dan artıq olan pəhləvanların uğurla çıxış etdiyinin və parlaq nəticələr qazandığının şahidi olmuşuq. Odur ki, qətiyyətlə söyləyirəm: Rövşən Bayramov idmançı karyerasını davam etdirəcək və öz uğurları ilə bizi hələ çox sevindirəcək».

 

Daha çox


Son xəbərlər