İbrahimovun finaldakı rəqibləri müəyyənləşdi

İbrahimovun finaldakı rəqibləri müəyyənləşdi
XƏBƏR 8 Avqust 2012 / 16:22 2653
-  A +

XXX London Yay Olimpiadasında finala yükəsələn atletimiz Hayle İbrahimovun həlledici mərhələdəki bütün rəqibləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Efiopiya əsilli təmsilçimiz final mərhələsində 14 iştirakçı ilə mübarizə aparacaq.

İbrahimovun rəqibləri bunlardır: İsayya Koç, Tomas Lonqosiva (hər ikisi Keniya), Lopes Lomonq, Bernard Laqat, Geylen Rapp (hamısı ABŞ), Məhəmməd Farah (Böyük Britaniya), Haqos Gebrhivet, Deyen Gebremeskel, Yenev Alamirev (hamısı Efiopiya), Abdallaati İgider (Mərakeş), Xuan Luis Barrios (Meksika), Mumin Qala (Cibuti) Mozes Kipsiro (Uqanda) və Kemeron Levins (Kanada).

Qeyd edək ki, final mərhələsi avqustun 11-də, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Daha çox


Son xəbərlər