Mircavadov: “Neftçi”nin beş qol vurması möcuzə olmaz”

Mircavadov: “Neftçi”nin beş qol vurması möcuzə olmaz”
ÖLKƏ FUTBOLU 8 Avqust 2012 / 15:32 2600
-  A +

“Neftçi” bu gün Çempionlar Liqasında “Hapoel”ə qarşı keçirəcəyi oyunda var gücüylə mübarizə aparmalıdır. Belə olan halda, səfər matçında qapısında dörd top görən “Neftçi” niyə də evdə rəqibə beş qol vurmasın?”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

“Neftçi” – “Hapoel” matçında Azərbaycan təmislçisinin şansları haqda danışan mütəxəssis qeyd edib ki, futbolda rəqib qapısına beş qol vurmaq möcüzə deyil: “Əgər başqa güclü, adlı-sanlı klub olsaydı, onda  onları keçməyə möcüzə deyərdik. Ancaq bunu İsrail təmsilçisiylə oyuna şamil etmək olmaz. “Neftçi”nin bugünkü görüşdə beş qol vurması üçün gücü var. Birinci qarşılaşmada İsrail klubunun da səhv çox oldu. Sadəcə, rəqib “Neftçi”nin etdiyi səhvlərdən daha məharətlə istifadə etdi.  Bu gün  ölkə çempionumuzun heyətindəki liderlər özlərini sübut etməlidirlər” – deyə Mircavadov vurğulayıb.
 
Onun fikrincə, “Neftçi” səfər oyunundakı səhvlərini yaxşı analiz etməlidir: “Yəqin ki, “Hapoel” daha çox müdafiəyə qapılıb əks-hücumlara bel bağlayacaq. Bu gün “Neftçi” fiziki durumundan və süni meydança amilindən maksimum istifadə etməlidir. Həmçinin komandamız daha çox pressinqə üstünlük verməlidir. Ən vacib məsələ “Neftçi”nin hücumuyla bağlıdır. Əgər çempionumuz mərkəzdən hücum qursa, heç nəyə nail ola bilməyəcək. Daha çox cinahlardan hücum etməlidirlər”.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı